Nuşirəvan Məhərrəmli: “Bu gün qanunları ən çox pozan telekanal ANS-dir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nuşirəvan Məhərrəmli: “Bu gün qanunları ən çox pozan telekanal ANS-dir”

14:53 - 23 / 01 / 2016
Nuşirəvan Məhərrəmli: “Bu gün qanunları ən çox pozan telekanal ANS-dir”

“ANS televiziyasının serial çəkilişi ilə bağlı dediklərini qətiyyətlə rədd edirik. Heç bir telekanala qərəzimiz yoxdur.

Azərbaycan prezidentinin sərəncamı ilə serialların çəkilişinə əvvəl 5 milyon, sonra isə 6 milyon manat vəsait ayrılıb. Bu vəsait qəpiyinə qədər telekanallar arasında bölüşdürülüb”.

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, serial çəkilişi ilə əlaqədar ANS telekanalına 1 milyon 760 min manat vəsait ayrılıb: “Serial çəkilişi üçün "Lider"ə 1 milyon 800 min manat, "Space"ə 1 milyon manat 800 min manat ayrılıb. 2015-ci ildə isə “Region” telekanalına 550 min manat vəsait ayrılıb. Telekanal gec yarandığı üçün az vəsait verilib”.

Şura sədri əlavə edib ki, MTRŞ serial çəkilişi ilə əlaqədar müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə ANS və İctimai Televiziyanı məhkəməyə verib: “Abşeron” serialının çəkilişi ilə bağlı ANS-ə 200 min manat vəsait verilməli idi. Birinci mərhələdə 60 min, ikinci mərhələdə 100 min, üçüncü mərhələdə isə 40 min manat ödənilməliydi. ANS telekanalı bu işə məsuliyyətsiz yanaşdı. “Abşeron” serialının adının dəyişdirilməsi üçün bizə müraciət etdilər. Biz də onları məhkəməyə verdik. Bu dediklərim onların 40 min manatla bağlı iradlarına cavabdır”.

N. Məhərrəmli qeyd edib ki, bu gün ən çox qanunları pozan ANS telekanalıdır: “Bizim verdiyimiz qərarlar qanunlara əsaslanır və biz qərarların doğruluğuna əminik”.

Paylaş:
770

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər