Şəmkir sakini kimyəvi maddədən zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkir sakini kimyəvi maddədən zəhərlənib

13:33 - 24 / 01 / 2016
Şəmkir sakini kimyəvi maddədən zəhərlənib

Şəmkir rayon sakini kimyəvi maddədən zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düzqışlaq kənd sakini 1976-cı il təvəllüdlü Gülnarə Məmmədova sink fosfid maddəsi ilə kəskin zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Qadının hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

Paylaş:
839

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər