Qazanxananın tüstü borusu Bakı sakininin üstünə düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazanxananın tüstü borusu Bakı sakininin üstünə düşdü

13:37 - 25 / 01 / 2016
Qazanxananın tüstü borusu Bakı sakininin üstünə düşdü

Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki “Qağayı” düşərgəsində qeydə alınıb.

Belə ki, düşərgənin qazanxanasının tüstü borusu orada işləyən Bakı şəhər sakini Səfəralı Səfərovun üstünə düşmüş və o, hadisə yerində ölmüşdür.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər