Çaylarda suyun səviyyəsi artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda suyun səviyyəsi artıb

14:03 - 25 / 01 / 2016
Çaylarda suyun səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində Lənkəran-Astara bölgəsində yağan intensiv yağış nəticəsində bu ərazidən axan çaylarda suyun səviyyəsində artım qeydə alınıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 300-400 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 131 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 72 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda və Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 440 sm (2015-ci il yanvarın 25-də 362 sm), Şirvanda 327 sm (2015-ci il yanvarın 25-də 227 sm), Salyanda 280 sm (2015-ci il yanvarın 25-də 194 sm), Bankədə 229 sm (2015-ci il yanvarın 25-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 183 sm (2015-ci il yanvarın 25-də 109 sm) təşkil edir.

1news.az

 

Paylaş:
775

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər