Səhiyyə uğur sahəsində: Britaniya mərkəzi Azərbaycana dair yekunlar aparır | 1news.az | Xəbərlər
Köşə

Səhiyyə uğur sahəsində: Britaniya mərkəzi Azərbaycana dair yekunlar aparır

16:12 - 25 / 01 / 2016
Səhiyyə uğur sahəsində: Britaniya mərkəzi Azərbaycana dair yekunlar aparır

Britaniyanın “The Legatum Institute Index” Analitik Mərkəzi hər il ölkələrin müxtəlif sahələrdə əldə etdikləri nailiyyətləri qiymətləndirir və uyğunlaşdırıcı göstərici çıxarır – çiçəklənmə indeksi.

Dünyada ən nüfuzlu mərkəzlərdən biri ötən ildə əldə olunmuş rifah və çiçəklənməni əks etdirən  milli indeksləri dərc edib.  

2012-ci ildən Azərbaycanı öz diqqət sahəsinə alan Britaniya mərkəzi ölkəmizin iqtisadiyyat, sosial və digər sahələrdəki vəziyyətinin  monitorinqlərini aparır.

Əgər 2012-ci ildə müşahidələrin nəticəsi olaraq Azərbaycan qlobal reytinqdə 89-cu yeri tuturdusa, o zaman ötən ilin məlumatlarına görə, milli  sənaye 51-ci yerdə qərarlaşıb. İşsizliyin aradan qaldırılması istiqamətində müsbət irəliləyişin olmasının qeyd olunması ilə yanaşı, eyni zamanda burada təhsil sisteminin təşkili, təhlükəsizliyin təminatı və sosial qənaətlərin toplanması da yer alıb.

Lakin orta hesabla vətəndaşın rifahı haqda, sosial orqanizmin vəziyyəti, daha doğrusu səhiyyə haqda heç nə qeyd olunmur. Əgər “The Legatum Prosperity Index” 2012-ci ildə Azərbaycan səhiyyəsini 94-cü mövqedə qərarlaşdırmışdısa, o zaman ötən ilin yekunlarına əsasən bu sahə nəzərəçarpan dərəcədə irəliləyişlə 68-ci yerdə qərarlaşıb. Bu da milli iqtisadiyyatdan sonra ikinci yer hesab olunur.

Bunun arxasında nə dayanır? Tibbi xidmətlərin yaxşılaşdırılması, ölkə vətəndaşlarının keyfiyyətli müalicəsi göstərir ki, ölkənin sosialyönümlü siyasəti nə dərəcədə anlamlı və məhsuldardır və yüksək texnologiyalar mövqeyinə çıxış üzrə imkanları necədir.

Milli səhiyyənin dinamik rifahı göstərir ki, tibbin rekreasiyası – sadəcə arzu deyil, real perspektivdir və bunun üçün çox yaxşı zəmin var.

Tam hazırlıqlı tibb

Səhiyyənin – sərmayətutumlu və elmə əsaslanan sahə olmasını təsdiqləmək heç bir söz deməməyə bərabərdir. Bu sahə dünyada ən dinamik inkişaf edən sahədir. Hazırki vaxtda milli səhiyyəyə innovativ texnologiyaların cəlb olunması son dərəcə vacibdir. Bununla yanaşı, yeni diaqnostik, müalicəvi və təminatlı metodlar aşkar edilir. Milli səhiyyə əldə etdiyi nailiyyətlərlə yanaşı, eyni zamanda xidmətin keyfiyyəti və pasiyentin hüquqlarının qorunmasına yönəlib.

Xəstə ilə həkim arasındakı qarşılıqlı münasibətə toxunan hər bir şey bu sahədə qanunvericilik bazası üçün zəmin yaradır. Lakin pasiyent-həkim münasibələtlərini gündəmə gətirmədən öncə, tibb ehtiyacı olanlara ixtisaslaşdırılmış xidmət göstərməyi təmin etməlidir.

Bu səbəbdən səhiyyə islahatı müasir anlamda, qərarın adekvat həllini konseptual xarakterdə tapmaqla yanaşı, eyni zamanda irəliləyən inkişafı göstərir. Yalnız bununla səmərəlilik rejiminə keçmək mümükün olar.

İslahat mərhələsi rəqəmlərdə

Azərbaycan tibbi on ildən artıq bir zamanda islahatın fəal mərhələsindədir ki, bu da ona köhnəlmişlərin öhdəsindən gəlməyə addım-addım kömək edir. Bu mənada özündə vahid innovasiya proqramlarını birləşdirən prioritetlərə diqqət yönəlir. Əlçatan və keyfiyyətli tibbi yardım Azərbaycan üçün artıq normadır. Buna hər yerdə müasir xəstəxanalar və profilaktik komplekslərin tikinti ilə mümkün oldu.

Əgər 15-20 il əvvəl əyalət sakinləri keyfiyyətli müalicə almaq üçün düşünmədən paytaxta gəlirdilərsə, son zamanlar bu tendensiya aradan qalxıb. 10 il ərzində 586 tibbi  müəssisə tam təmir olunub və müasir avadanlıqla təchiz olunub. Hal- hazırda Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçalada çox profilli və ən yüksək standartlara cavab verən tibb müəssisələrinin tikintisi davam edir.

Müstəqil ekspertlərin qiymətləndirməsinə görə, səhiyyə canlı orqanizm kimi fəailiyyət göstərir. Statistik faktlar da bunu təsdiq edir.

Məsələn, 200 mindən artıq şəkərli diabet olan insan dövlət hesabına tibbi preparatlarla təmin olunur. Şəkəri olan uşaqlara insulun pompaları qoyulur ki , bu da onların həyatını xeyli asanlaşdırır.

Əhaliyə yüksək xidməti nəzərdə tutan digər dövlət proqramları da uğurla həyata keçirilir. 2014-cü ildən etibarən hipatit B və C –dən əziyyət çəkən insanlar dövlət hesabına müalicə olunur. İndi 1.5 min insan belə bir imtayaza sahibdir.

Dövlət proqramı çərçivəsində xroniki böyrək çatışmazlığı diaqnozu alan 3 minə yaxın insan 34 gemodializ mərkəzində müalicə alır ki bu da onların həyatını daha da uzadır. Böyrək  və  qaraçiyər köçürməsi ilə bağlı əməliyyatlar mütəmadi olaraq aparılır. Keçən ilin 9 ayı ərzində 62  böyrək və 11 qaraciyət köçürəsi həyata keçirilib.    

Ölkədə irsi qan xəstəliklərinə qarşı mübarizə proqramı da fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanı dəstəyi ilə yaradılan Respbulika talassemiya mərkəzi ölkənin balaça sakionlərinin səhhəti uğrunda mübarizə aparır. Hazırda orada 2500 nəfər müalicə alır. Mərkəzdə   sümük iliyinin köçürülməsi kimi müəkkəb əməliyyatlar həyata keçirilir ki, indi onların həcmi 25-ə çatıb.

Məqsədin aydınlığı nəticəyə əminliyin göstəricisi kimi

Tibb heç vaxt deyə bilməz ki, zaman onun üçün işləyir. İxtisaslaşmış elmi-tətbiqi sahələr ildırım sürəti ilə inkişaf edir.

Bazanın yenilənməsi, ixtisaslı kadrların hazırlanması, müalicə- profilaktika təcrübələrinin nəticələri islahat proqramının əsas istiqamətləridir.

Həssas sfera və sığorta silsiləsi olan səhiyyə nəinki bir yerdə dayana bilməz, həm də daimi yenilənməyə məhkumdur. Bunu ondan yüksək xidmət almaq hüququna malik cəmiyyət tələb edir.

Bu sahədə aparılan müsbət dəyişikliklər bir daha sübut edir ki, zamanın çağırışlarına Azərbaycan həkimləri əminliklə cavab verir.

Tofiq Abbasov

Paylaş:
1142

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər