Bilgəhdəki istirahət bazasında baş verən ölüm faktına görə cinayət işi açılıb
Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində baş verən ölüm faktına görə cinayət işi açılıb.
1news.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğundan məlumat veriblər.
Məlumata görə, yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az