Dövlət Komitəsinin sədri amerikalı ravvin Abraham Kuperi qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinin sədri amerikalı ravvin Abraham Kuperi qəbul edib

17:10 - 25 / 01 / 2016
Dövlət Komitəsinin sədri amerikalı ravvin Abraham Kuperi qəbul edib

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuperi qəbul edib.

Bu haqda 1news.az-a komitənin mətbuat xidmətindən məlumat verilib. Qonağı səmimi salamlayan komitə sədri ona ölkəmizdə həyata keçirilən demokratik islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər, din azadlığı, yəhudilərin Azərbaycanda məskunlaşma tarixi barədə ətraflı məlumat verib.

Mübariz Qurbanlı Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirib.

Komitə sədri deyib ki, yəhudilər də daxil olmaqla Azərbaycanda bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. Dövlətin ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalara diqqət göstərdiyini, maliyyə vəsaiti ayırdığını deyən Mübariz Qurbanlı tolerantlıq siyasətinin Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi ilə daha geniş vüsət aldığını vurğulayıb.

Azərbaycana ilk dəfə 1972-ci ildə - Sovet dövründə səfər etdiyini bildirən qonaq hələ o illərdə ölkəmizdə yəhudilərin dinc şəraitdə yaşadıqlarından danışıb. Müstəqilliyini bərpa etdikdən sonra isə 2010-cu ildə respublikamıza gəldiyini deyən Abraham Kuper Azərbaycanın ötən dövr ərzində dinamik inkişaf etdiyini, burada dini icmaların sərbəst fəaliyyət göstərdiyini gördüyünü və bundan çox məmnun olduğunu bildirib. Azərbaycanın geosiyasi cəhətdən unikal mövqeyə malik olduğunu deyən Abraham Kuper ölkəmizdə müxtəlif dini əqidələrdən və mədəniyyətlərdən olan insanların azad yaşadığını və bərabər imkanlara malik olduğunu vurğulayıb. Qonaq deyib ki, Azərbaycandakı bu tolerantlıq digər ölkələr üçün nümunə olmalıdır.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

1news.az

Paylaş:
531

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər