Sumqayıtda 24 yaşlı qızı qətlə yetirən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 24 yaşlı qızı qətlə yetirən şəxs tutulub

17:15 - 25 / 01 / 2016
Sumqayıtda 24 yaşlı qızı qətlə yetirən şəxs tutulub

Sumqayıtda qətl törədib hadisə yerindən qaçan şəxs saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yanvarın 22-də Sumqayıt şəhər sakini Səbinə Salayevanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Cəfər Ağayev tutulub.

Qeyd edək ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan 24 yaşlı Səbinə Salayeva yanvarın 22-də evində bıçaqla qətlə yetirilib. 

Sonradan onun Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev tərəfindən münaqişə zəminində öldürüldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır. 

1news.az

Paylaş:
890

Son xəbərlər

Bütün xəbərlər