100-dən artıq beynəlxalq şirkət “ADEX-2016”da iştirak üçün qeydiyyatdan keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

100-dən artıq beynəlxalq şirkət “ADEX-2016”da iştirak üçün qeydiyyatdan keçib

18:00 - 25 / 01 / 2016
100-dən artıq beynəlxalq şirkət “ADEX-2016”da iştirak üçün qeydiyyatdan keçib

Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” ikinci Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işləri də davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə bu gün Müdafiə Sənayesi Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, artıq 100-dən çox beynəlxalq şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər