Prezident İlham Əliyev Avstraliya İttifaqının general-qubernatorunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrovu təbrik edib.
Bu barədə 1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Hörmətli cənab General-Qubernator,
Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Avstraliya münasibətlərinin son vaxtlar genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim sülh və firavanlıq arzulayıram”.