Müəllim tərəfindən döyülən şagirdlə bağlı yeni məlumatlar yayılıb - VİDEO - YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllim tərəfindən döyülən şagirdlə bağlı yeni məlumatlar yayılıb - VİDEO - YENİLƏNMƏ

11:30 - 25 / 01 / 2016
Müəllim tərəfindən döyülən şagirdlə bağlı yeni məlumatlar yayılıb - VİDEO - YENİLƏNMƏ

Müəllim tərəfindən döyülən şagirdlə bağlı yeni təfərrüatlar məlum olub.

Məlum olduğu kimi, 1news.az-ın verdiyi xəbərə görə, hadisə Xırdalandakı 9 saylı məktəbədə baş verib.

Əldə olunan indormasiyalara görə, hadisə bir neçə ay bundan əvvəl baş verib. Belə ki, müəllim dərsdən sonra şagirdlərlə ev tapşırıları hazırlayırmış. Videoda döyülən şagird də müəllimin bacısı qızı imiş.

Hələlik məktəb rəhbəliyindən baş vermiş hadisə ilə bağlı rəsmi məlumat əldə olunmayıb.

Xatırladaq ki, daha əvvəl Təhsil Nazirliyi bildirmişdi ki, sosial şəbəkələrdə yayılmış video ilə bağlı araşdırmalar aparılır, nəticələrdən sonra məlumat veriləcək.

1news.az

11:30

Yenidən sosial şəbəkələrdə müəllim tərəfindən şagirdin döyülməsi videosu yayılıb.

1news.az-ın verdiyi xəbərə görə, şəbəkələrdə qeyd olunur ki, yayılmış video Xırdalanda 9 saylı məktəbdə çəkilib.

Kadrlardan da aydın görünür ki, müəllim lövhənin qarşısında dayanan şagirdin başına vurur. Videonun nə vaxt çəkildiyinin dəqiq vaxtı məlum deyil.

Hadisə ilə əlaqədar Təhsil Nazirliyində bildirilib ki, sosial şəbəkələrdə yayılmış video ilə bağlı araşdırmalar aparılır, nəticələrdən sonra məlumat veriləcək.

Bu, müəllim tərəfindən şagirdin döyülməsi ilə bağlı ilk hadisə deyil. Belə ki, bu yaxınlarda Sumqayıtdakı 22 saylı məktəbdə də oxşar hadisə baş vermişdi.

Baş vermiş həmin hadisə zamanı Təhsil Nazirliyi tarix müəllimi İdris Hüseynovu “Təhsil haqqında” və “Müəllimin etik davranış qaydaları” qanunlarını pozaraq şagirdə güc tətbiq edərək, onun şərəf və layəqətini alçaltması ilə bağlı bəyanatla çıxış etmişdi.

Bəyanatda qeyd olunurdu ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq İdris Hüseynov tutduğu vəzifədən azad edilib.

1news.az

Paylaş:
1055

Son xəbərlər

Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06
Bütün xəbərlər