Yunanıstanla İran şirkətləri xam neft satışı ilə əlaqədar saziş imzalayıblar
Yunanıstanın ən böyük neft şirkəti “Hellenic Petroleum” ilə İranın Milli Neft Şirkəti (NIOC) xam neft satışı ilə əlaqədar saziş imzalayıblar.
1news.az-ın “РИА Новости”-yəistinadla verdiyi xəbərə görə, Afina və Tehranda aparılan müzakirələrdən sonra iki şirkət arasında uzunmüddətli razılıq əldə olunub.
Bildirilir ki, “Hellenic Petroleum” iki tərəf üçün də faydalı olan bu razılaşmadan məmnundur.
Qeyd edək ki, bu sənəd İrana qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra rəsmi Tehranın neft sahəsində imzaladığı ilk razılaşmadır.
1news.az
753