"Azərbaycan Hava Yolları" və müğənni Miri Yusif “Göy Təyyarə” videoçarxını təqdim edib - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

"Azərbaycan Hava Yolları" və müğənni Miri Yusif “Göy Təyyarə” videoçarxını təqdim edib - VİDEO

12:06 - 25 / 01 / 2016
"Azərbaycan Hava Yolları" və müğənni Miri Yusif “Göy Təyyarə” videoçarxını təqdim edib  - VİDEO

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) baş rolda məşhur azərbaycanlı müğənni Miri Yusifin çəkildiyi “Göy təyyarə” adlı musiqili videoçarx hazırlayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlamata görə, videoçarxda müğənni böyük şöhrət qazanmış "Ağ Təyyarə" kompozisiyana uyğunlaşdırılan versiyanı ifa edir.

Videoçarx Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində çəkilib.

"Azərbaycan Hava Yolları"-nın öz işinə peşəkar yanaşması və yüksək xidmət səviyyəsi ölkənin qürurudur. AZAL-dan dəvət almaq mənim üçün böyük şərəf idi", - deyə Miri Yusif qeyd etmişdir.

Paylaş:
2102

Son xəbərlər

Bütün xəbərlər