Gürcüstan energetika naziri: "İrandan Gürcüstana çəkiləcək qaz kəməri Azərbaycandan keçə bilər" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gürcüstan energetika naziri: "İrandan Gürcüstana çəkiləcək qaz kəməri Azərbaycandan keçə bilər"

12:36 - 25 / 01 / 2016
Gürcüstan  energetika naziri: "İrandan Gürcüstana çəkiləcək qaz kəməri Azərbaycandan keçə bilər"

rcüstana İrandan qaz ri iki marşrutla çəkilə bilər.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan  baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, qaz kəməri ya Azərbaycan, ya da Ermənistan üzərindən keçə bilər.

"Hələlik bununla bağlı bizim İranla birbaşa danışıqlarımız yoxdur", - deyə K. Kaladze qeyd edib.

Baş nazirin müavini Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana gözlənilən rəsmi səfərini də müsbət qiymətləndirib: "Biz buna çox sevinirik. Bizim mehriban və yaxşı münasibətlərimiz var. Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfəri bir daha təsdiq edir ki, bizim dostluğa əsaslanan, çox yaxşı münasibətlərimiz var".

1news.az.

Paylaş:
821

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər