Axtarışda olan şəxs gömrük postunda ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Axtarışda olan şəxs gömrük postunda ələ keçdi

15:43 - 26 / 01 / 2016
Axtarışda olan şəxs gömrük postunda ələ keçdi

Polis axtarışda olan şəxsi saxlayıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu, Qaradağ polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Belə ki, yanvarın 12-də İbad Muxtarov adlı şəxs Qobustan qəsəbə sakini Mürsəl Hüseynovu tüfənglə hədələyərək pul verməsini tələb edib, lkin istədiyinə nail ola bilmədiyi üçün hadisə yerini tərk edib.

Az sonra Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə axtarışda olan İ.Muxtarov Qazax rayonu ərazisindəki “Şıxlı” gömrük postunda saxlanılıb.

1news.az

 

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər