Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
1news.az xəbər verir ki,nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması sahəsində tədbirlər digər hüquq mühafizə, həmçinin təhlükəsizlik orqanları ilə birgə daha məqsədyönlü davam etdirilib, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub.
1news.az