"Yuğ" teatrı fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

"Yuğ" teatrı fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək

1news Redaksiyası19:36 - 26 / 01 / 2016
"Yuğ" teatrı fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək

Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri ilə əlaqədar olaraq "Yuğ" teatrının başqa binaya köçürülməsinəzərdə tutulur.

1news.az xəbər verir ki, Nazirliyin  mətbuat ximətindən verilən məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir.

 Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.

Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən “YUĞ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcəkdir.

1news.az

Paylaş:
1312

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər