Türkiyədə yeni konstitusiya ilə bağlı referendum keçirilməsi nəzərdə tutulur
Türkiyənin yeni konstitusiyası ilə bağlı parlament komissiyasında razılıq əldə olunmazsa, 2016-cı ilin oktyabrında referendum keçiriləcək.
1news.az "Report"a istinadən xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, ölkə parlamentindəki müxalifət partiyaları hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təqdim etdiyi konstitusiya layihəsindəki prezidentlik idarəetmə üsuluna dair müddəanı qəbul etmirlər. Əgər Türkiyə Böyük Millət Məclisində yaradılan komissiyada razılıq əldə edilməzsə, o zaman məsələ referenduma çıxarılacaq.
1news.az
856