Bakıda dilənçiliklə məşğul olan 54 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dilənçiliklə məşğul olan 54 nəfər saxlanılıb

10:01 - 26 / 01 / 2016
Bakıda dilənçiliklə məşğul olan 54 nəfər saxlanılıb

Polis Bakıda dilənçiliklə məşğul olan şəxsləri saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, şənbə və bazar günləri paytaxtın Binəqədi, Nəsimi və Səbail rayonları ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 54 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbir görülüb.

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər