Dövlət Yol Polisi Azərbaycan yollarındakı vəziyyəti şərh edib
Mürəkkəb hava şəraitinə baxmayaraq Azərbaycan yollarında avtonəqliyyatın hərəkəti normal rejimdə davam edir, magistral yollar qardan təmizlənir.
DİN-in Yol Polisi Baş İdarəsindən 1news.az-a verilən məlumata görə, hal-hazırda Azərbaycanın rayonlarına gedən əsas yollar nəqliyyatınhərəkəti üçün açıqdır.
Yalnız bəzi rayonlarda, Ağsu perevalı, Lerik, İsmayıllı, Quba, Xaçmaz və Qusar royununun yolllarında qarla örtülü ərazilər var, onlar da təmizlənir.
Yol polisi pis hava şəraiti ilə əlaqədar sürücüləri daha ehtiyatlı və diqqətli olmağa, sürərkən maşınlar arasında məsafəni qomağa, sürəti artırmamağa, sürüşməyə qarşı qış şinləri və qar zəncirlərdən istifadə etməyə çağırıb. İmkan daxilində şəxsi avtomobildən az istifadə etmək məsləhət görülür.
1news.az