Azərbaycanda 80 yaşlı qadın yanaraq öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 80 yaşlı qadın yanaraq öldü

10:58 - 26 / 01 / 2016
Azərbaycanda 80 yaşlı qadın yanaraq öldü

Tovuz rayonunda yerləşən evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1936-cı il təvəllüdlü Quliyeva Roza Qara qızının cəsədi aşkar edilib. Bitişik talvar yanğından mühafizə olunub

1news.az

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər