Şabranda yük maşını ilə minik maşını toqquşub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda yük maşını ilə minik maşını toqquşub, xəsarət alan var

00:50 - 26 / 01 / 2016
Şabranda yük maşını ilə minik maşını toqquşub, xəsarət alan var

Dünən axşam saatlarında Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yük avtomobilinin qarşıda hərəkət edən “Mercedes” markalı minik avtomobilinə çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

Minik avtomobilinin sərnişini, 1973-cü il təvəllüdlü Bakı şəhər sakini İbrahimova Mehriban Oqtay qızı xəsarət alaraq Şabran Mərkəzi rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzaya hava şəraitinə uyğun sürət həddinin seçilməməsinin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

APA 

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər