Bakıda “Avropa könüllülük xidməti” proqramının əlaqələndiricilərinin iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Avropa könüllülük xidməti” proqramının əlaqələndiricilərinin iclası keçirilib - FOTO

00:59 - 26 / 01 / 2016
Bakıda “Avropa könüllülük xidməti” proqramının əlaqələndiricilərinin iclası keçirilib - FOTO

Avropa Komissiyasının “Avropa könüllülük xidməti” proqramının əlaqələndiricilərinin növbəti Bakı iclası keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) AZƏRTAC-a bildiriblər ki, iclasda ölkəmizin gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər. Toplantının əsas məqsədi azərbaycanlı tələbə gəncləri Avropa reallaşdırılan könüllülük layihələrinə cəlb etməkdir.

ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev tədbirdə Azərbaycan gənclərinin bu proqrama qoşulması istiqamətində atılan addımlardan danışıb, bu baxımdan bir sıra təkliflər irəli sürüb.

İclasda avropalı mütəxəssislər iştirakçılara “Erasmus” və “Gənclər fəaliyyətdə” (Youth in action) proqramları barədə ətraflı məlumat veriblər.

ATGTİ 2013-cü ildə “Avropa könüllülük xidməti” proqramı üzrə qeydiyyatdan keçib. Bununla da ATGTİ bu proqrama könüllü göndərə və qəbul edə bilən təşkilat statusu alıb.

AZƏRTAC 

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər