“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb
Yanvarın 28-də İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) İstanbul-Bakı-İstanbul aviareysini təxirə salıb.
1news.az xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilib.
Məlumata görə yanvarın 28-də İstanbul Atatürk Aeroportundan həyata keçirilən İstanbul-Bakı-İstanbul aviareysi əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Təxirə salınan reyslər sırasında İstanbul –Bakı (TK0332) və Bakı- İstanbul (TK0333) reysləri qeyd olunub.
Qeyd edək ki, hava ilə əlaqədar THY yanvarın 28-də ümumilikdə 38 aviareysi müvəqqəti dayandırıb.
1news.az
1217