Neft yenidən ucuzlaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft yenidən ucuzlaşdı

09:25 - 27 / 01 / 2016
Neft yenidən ucuzlaşdı

London və Nyu-York birjalarında elektron ticarət əməliyyatlarının gedişində neftin qiyməti ucuzlaşmaqda davam edir.

1news.az-ın Bloomberg-ə istinadən verdiyi xəbərə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,43% ucuzlaşaraq bir barelə görə 32,19 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,88% azalaraq 30,87 dollar təşkil edib.

Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 21:20 olan məlumata əsasən, Brent neftinin qiyməti bir barelə görə 32,97 dollara qədər qalxmışdı.

1news.az

Paylaş:
826

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər