“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişikliklər təsdiq edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişikliklər təsdiq edilib

22:04 - 27 / 01 / 2016
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişikliklər təsdiq edilib

Milli Məclis “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 376; 2011, № 7, maddə 594; 2014, № 6, maddə 609) 3.1.4-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.5-ci maddə əlavə edilsin:

“3.1.5. dəniz limanının ərazisinin artırılması.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il.

1news.az

 

Paylaş:
1013

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər