Yəməndə prezident iqamətgahı qarşısında güclü partlayış baş verib, 8 nəfər ölüb
Bu gün Yəmənin müvəqqəti paytaxtı olan Ədəndə prezident Abdurabbu Mənsur Hadinin iqamətgahı qarşısında güclü partlayış baş verib.
Hadisə nəticəsində 8 nəfər həlak olub, daha 12 nəfər isə xəsarət alıb.
Bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.
Məlumata görə, "Al-Maaşik" sarayının qapısı yaxınlığında minalanmış avtomobil partlayaraq havaya uçub. Partlayış törədilən zaman dövlət başçısının harada olduğu isə bilinmir.
TACC
597