Rusiya Google və Facebook-u qadağan edə bilər
Rusiya hökuməti Google və Facebook-u bağlaya bilər.
Bunu Rusiya prezidentinin İnternet üzrə müşaviri Qerman Klimenko bəyan edib.
“Google və Facebook əvvəl-axır Rusiya qanunvericiliyinə riayət etməyə məcbur olacaq. Əks təqdirdə, onlar bağlana da bilərlər. Belə olan halda nə baş verəcək? Cavab olduqca bəsitdir, bundan Yandex və digər yerli şirkətlər faydalanacaq”, - deyə Q.Klimenko bildirib.
Eyni zamanda, Q.Klimenko qeyd edib ki, müvafiq qanun layihəsinin hazırlanması ilə şəxsən məşğul olmaq niyyətində deyil.
Gazeta.ru
964