İsveç 80 min miqrantı deportasiya edəcək
İsveç hakimiyyəti qaçqın statusu verməkdən imtina etdiyi təqribən 80 min miqrantı ölkədən deportasiya etməyi planlaşdırır.
1news.az BBC-yə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Anders İqemanın sözlərinə görə, deportasiyaya bir neçə il vaxt sərf oluna bilər.
2015-ci ildə İsveçdə qaçqın statusu almaq üçün 160 mindən çox insan müraciət edib. Onlardan təqribən 59 min nəfərin müraciətinə baxılıb və yarısı qəbul olunub.
Yanvarın əvvəlində İsveç Danimarka ilə sərhəddə sənədlərin yoxlanmasını dayandırıb.
A.Eqeman həmçinin qeyd edib ki, İsveç hökuməti deportasiya ilə bağlı ölkənin hüquq-mühafizə və digər səlahiyyətli qurumlarına müvafiq göstəriş verib.
1news.az
695