Keçən il milli parkları 75 min turist ziyarət edib
Ötən il ərzində Milli Parkların ərazisinə daxil olan turistlərin sayı 75000 nəfər olub. Onlardan 1050 nəfəri xarici, 73950 nəfəri isə yerli vətəndaşlardır.
1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.
Nazirlikdən bildiriblər ki, hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, milli parklar isə 3,7 faizini təşkil edir.
1news.az
642