Əbülfəz Qarayev: “10 il ərzində Azərbaycana gələn turistlərin sayı 2.5 milyon nəfər olub”
10 il ərzində Mədəniyyət və Turizm Nazirliyində mühüm işlər görülüb.
1news.az xəbər verir ki, bu haqda Azərbaycan Mədənəyyət və turizm naziri Əbülfəz Qarayev nazirliyin 10 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında deyib.
Onun sözlərinə görə, bu müddət ərzində 500-dən çox sərgi təşkil olunub, Azəbaycanda və onun sərhədlərindən kənarda yüzlərlə beynəlxalq tədbirlər keçirilib.
“60-dan çox ölkədə Azərbaycan kinomatoqrafçılarının filmləri nümayiş olunub”, - nazir deyib.
A.Qarayev qeyd edib ki, Azərbaycan muzeyləri Avropanın ən yaxşı muzeyləri siyahısına daxil olub.
Nazir qeyd edib ki, son 10 il ərzində ölkə prezidenti İlham Əliyev Azərbaycanda mədəniyyət və turizm sahəsi ilə əlaqədar 500-dən çox fərman və sərəncam imzalayıb.
Ə.Qarayev öz çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafındakı mühüm rolunu qeyd edib.
O, turizm və mədəniyyət sahəsində çalışan 75 min insana təşəkkürünü bildirib.
“Mədəniyyət və turizm sahəsində çalışan 800-dən çox insan bu illər ərzində müxtəlif mükafatlara layiq görülüb”,- deyə Ə. Qarayer söyləyib.
Nazir son 10 il ərzində turizm sferasındakı inkişafı da xüsusi vurğulayıb.
“Biz fəaliyyətə başladığımız zaman Azərbaycana gələn turistlərin sayı 400 min nəfər idi. İndi isə 2.5 milyon nəfərə çatıb.
Əgər əvvəl ölkədə 190 otel var idisə, indi onların sayı 530-a çatıb”,- deyən nazir bildirib ki, turizm sferası büdcəyə 1 milyard manat xeyir gətirir.
Tədbir zamanı nazirliyin 10 illik fəaliyyəti dövrünə həsr olunmuş prezentasiya nümayiş olunub.
1news.az