Misirdə yol-nəqliyyat hadisəsi 10 insanın həyatına son qoyub
Qahirə yaxınlığında bir neçə avtomobilin toqquşması nəticəsində ilkin məlumata görə 10 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.
KİV-in məlumatına görə, Misirin paytaxtı yaxınlığındakı sürətli tras yolda baş verən yol-nəqliyyat hadisəsi zamanı yük maşınları, mikroavtobuslar və minik avtomobilləri toqquşub. Bildirilir ki, yol-nəqliyyat hadisəsinin əsas səbəbi havanın dumanlı olması və yolun pis görünməsi olub.
646