AFFA-nın baş katibi UEFA-nın Komitə iclasında iştirak edir | 1news.az | Xəbərlər
Futbol

AFFA-nın baş katibi UEFA-nın Komitə iclasında iştirak edir

19:37 - 01 / 02 / 2016
AFFA-nın baş katibi UEFA-nın Komitə iclasında iştirak edir

Bu gündən etibarən Fransanın paytaxtı Paris şəhərində UEFA-nın İdarəetmə və Audit  Komitəsinin iclası keçiriləcək.

1news.az-ın məlumatına görə, AFFA-nın baş katibi, qeyd olunan komitənin üzvü Elxan Məmmədov iclasda iştirak edəcək.

Avro-2016-nın təşkilati məsələlərinin auditi ilə bağlı müzakirələrin aparılacağı iclas öz işini fevralın 3-də yekunlaşdıracaq.

Xatırladaq ki, İdarəetmə və Audit  Komitəsinin digər üzvləri Avstriya və Finlandiya futbol federasiyalarını təmsil edir.

1news.az

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər