Karate üzrə yığma komandamız Kiprdə keçiriləcək Avropa çempionatında iştirak edəcək | 1news.az | Xəbərlər
İdman

Karate üzrə yığma komandamız Kiprdə keçiriləcək Avropa çempionatında iştirak edəcək

20:53 - 01 / 02 / 2016
Karate üzrə yığma komandamız Kiprdə keçiriləcək Avropa çempionatında iştirak edəcək

 

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Kiprdə 23-cü Avropa çempionatında iştirak edəcəklər.

 

1news.az-ın məlumatına görə, 3 fevral tarixində Limassol şəhərinə yola düşən nümayəndə heyətinə 17-si idmançı olmaqla 29 nəfər daxildir. 

 

14-15 yaşlı yeniyetmələrin böyük məşçqçisi Anar Allahverdiyev Müseyib Məmmədova (-52 kq), Hümmət Baxşəliyevə (-57 kq, avropa və dünya üçüncüsü ), Mədinə Sadıqova (-47 kq) və Renata Ərəbliyə (-54 kq) güvənir.

 

Gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev isə 16-17 yaşlılardan 3 idmançının, 18-20 yaşlılar arasında isə 8 karateçinin yarışa yollanmasını qərara alıb. 16-17 yaşlı gənclərdən Murad Balakişiyev (-76 kq), Murad Hacızadə (+76 kq, dünya beşincisi) və Fidan Teymurova (-48 kq, dünya ikincisi) tatamiyə çıxacaq. 18-20 yaşlı gənclərdə Ülvi Qurbanov (-60 kq, yeniyetmələr arasında avropa ikincisi), Şahin Quluzadə (-67 kq, komandanın kapitanı, dünya beşincisi) Vüsal Kamallı (-75 kq, tələbələr arasında dünya beşincisi), Nəcməddin Bünyadov (-84 kq), Sərxan Quluzadə (+84 kq, dünya kubokunun qalibi, dünya beşincisi), Fəridə Abiyeva (-61 kq, dünya kubokunun qalibi, dünya və avropa beşincisi), İrina Zarteska (-68 kq, gənclər arasında Avropa və dünya çempionu, dünya ikincisi, böyüklərdə Avropa üçüncüsü, Avropa Oyunlarının qalibi) və Fəridə Əliyeva (+68 kq, dünya kubokunun qalibi, dünya üçüncüsü) mübarizəyə qatılacaq.

 

Kata üzrə böyük məşqçi Vahid Ayvazov 16-17 yaşlıarda Roman Heydərlini (dünya beşincisi), 18-20 yaşlı gənclərdə isə Rafiq Əmirovu bir daha sınaqdan keçirəcək. 

 

Federasiyanın prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü Yaşar Bəşirovun bağçılığı ilə Kiprə yollanan heyətdə 1-ci vitse-prezident Rəhman Hətəmov, vitseprezident və yarışın hakimlərindən beynəlxalq hakim Yusif Məmmədov, digər beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Rənad Əliyev, eləcə də İ.Zaretskanın şəxsi məşqçisi Denis Morozov, həkim Pərvin Əkbərov və Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da var. Yarışla bağlı operativ məlumatlar federasiyanın saytında yerləşdiriləcək.

 

1news.az

 

Paylaş:
1068

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər