Çinin statistik məlumatlarının nəşrindən sonra dünya birjalarında neft ucuzlaşıb
Bazar ertəsi Çinlə bağlı zəif satatistik məlumatlarınnəşrindən sonra dünya bazarlarında neftin qiyməti mənfi dinamikaya qayıdıb.
1news.az RİA Novostiyə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,66 dollar azalaraq 32,96 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,68 dollar azalaraq 35,31 dollar olub.
1news.az
836