“Anonymous” qrupunun hakerləri Yaponiya hökumətinin veb-saytlarına hücum ediblər
Yaponiya hökumətinin rəsmi nümayəndələri bildiriblər ki, yanvarın 31-dən başlayaraq bəzi hökumət strukturlarının veb-saytlarına girişlə bağlı yaranan problemə görə hakerlər məsuliyyət daşıyırlar.
Son günlər Maliyyə, Səhiyyə, Əmək və Sosial Təminat nazirliklərinin, parlamentin aşağı palatasının və maliyyə əməliyyatları idarəsinin veb-saytlarında nasazlıqlar yaranıb.
Rəsmi nümayəndələrin bildirdiyinə görə, Twitter sosial şəbəkəsində yerləşdililmiş şərhlər Maliyyə Nazirliyinin və parlamentin aşağı palatasının veb-saytlarına “Anonymous” qrupunun hakerləri tərəfindən hücumlar olduğunu deməyə əsas verir.
Ötən ay Milli Polis İdarəsinin, “Narita” və “Haneda” beynəlxalq aeroportlarının veb-saytları da eyni problemlə qarşılaşmışdı.
AZƏRTAC