Almaniyada şirniyyat sevənlərin bayramı keçirilir
Almaniyanın Köln şəhərində dünyada ən iri şirniyyat yarmarkası – Internationale Süßwarenmesse keçirilir.1500-dən çox istehsalçı yeni məhsullarının dadına baxmağı təklif edir. Ən orijinal qənnadı məmulatı məhz bu yarmarkada təklif olunur.
Köln şirniyyat yarmarkasına dünyanın hər yerindən 1,5 min şirkət qatılıb. Yarmarkaya ilk növbədə potensial tərəfdaşlar və distribyutorlar gəlirlər. Burada müxtəlif çeşiddə bulka, karamel və vaflinin dadına baxmaq, zövqünə uyğun gələn məhsula dair müqavilə imzalamaq və təmsil etdiyin ölkəyə bu şirniyyatın ixracını təşkil etmək olar.
Qənnadı uastaları hər vəchlə qonaqları təəcübləndirməyə çalışırlar: asiyalı istehsalçılar maye karamel təqdim edir, almanlar əsl martsipan ”meyvələri” bazarı açıblar, ABŞ firmaları piyli cipsilərə qonaq edirlər. Avropalı istehsalçılar isə yekdilliklə əmin edirlər ki, 2016-ci ilin əsas qənnadı trendi şəkərsiz və süni əlavəsiz sağlam şirniyyatdır. Quru meyvə, qoz-fındıq və toxumlardan hazırlanmış batonlar, çiy konfetlər, yaşıl kokteyllər, bütöv kakao paxlasından məmulat getdikcə daha populyar olur.
AZƏRTAC