Cərrahlar pasiyentin ürəyindən 4 sm uzunluğunda iynə çıxarıblar | 1news.az | Xəbərlər
Dünya

Cərrahlar pasiyentin ürəyindən 4 sm uzunluğunda iynə çıxarıblar

00:15 - 02 / 02 / 2016
Cərrahlar pasiyentin ürəyindən 4 sm uzunluğunda iynə çıxarıblar

Stavropol diyarının kliniki xəstəxanasında kardiocərrahlar ağla sığmaz əməliyyat aparıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, təcrübəli həkimlər əməliyyat stoluna çatdırılmış kişinin ürəyindən böyük tikiş iynəsi çıxarıblar.

Həkimlər iynənin yaşlı adamın bədəninə təsadüfən düşdüyünü və ürəyinədək yeridiyini bildiriblər. Pasiyent ölümlə üzbəüz qalıb. Dərhal 9 təcrübəli həkim təhlükəli əşyanın ürəkdən çıxarılması və kişinin xilas edilməsi üçün əməliyyata başlayıb.

Xəstəxanadan verilən məlumata görə, əməliyyat bir neçə saat davam edib. Cərrahi müdaxilə müddətində ürək əzələsi xüsusi olaraq tərpənməz saxlanılıb və kişi süni qan dövranı aparatına qoşulub.

Təxminən 4 sm uzunluğunda olan iynə pasiyentin ürək mədəcikləri arasınadək çatsa da, həkimlər onu çıxara biliblər. Onların istənilən ehtiyatsız hərəkəti əməliyyat olunanın ölümünə gətirib çıxara bilərdi. Hazırda kişi reabilitasiya mərhələsini keçir və səhhəti tam qaydasındadır. İynə isə xəstəxanada Stavropol cərrahlarının ustalığı və peşəkarlığının rəmzi kimi saxlanılır.

1news.az

 

Paylaş:
701

Sizin üçün xəbərlər

Son xəbərlər

“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47
Bütün xəbərlər