Romada İŞİD-ə qarşı beynəlxalq koalisiyanın növbəti nazirlər toplantısı keçirilib | 1news.az | Xəbərlər
Dünya

Romada İŞİD-ə qarşı beynəlxalq koalisiyanın növbəti nazirlər toplantısı keçirilib

15:51 - 03 / 02 / 2016
Romada İŞİD-ə qarşı beynəlxalq koalisiyanın növbəti nazirlər toplantısı keçirilib

Romada İŞİD-ə qarşı beynəlxalq koalisiyanın növbəti nazirlər toplantısı keçirilib. İtaliyanın xarici işlər naziri Paolo Centiloninin və ABŞ-ın dövlət katibi Con Kerrinin həmsədrliyi ilə keçirilən tədbirə 23 ölkədən nümayəndə qatılıb.

Tədbirdə çıxış edən C.Kerri əsasən terrorizmlə mübarizə, Suriya böhranı, İraqda, Liviyada cərəyan edən proseslər, eyni zamanda, miqrasiya və digər problemlərlə bağlı fikirlərini bölüşüb. Vurğulayıb ki, İŞİD-ə qarşı mübarizə bir ölkənin digərinə qarşı müharibə aparmasından daha mürəkkəb və uzunmüddətli olacaq. O deyib: “Biz bu qruplaşma ilə dünyanın hər bir nöqtəsində mübarizə aparmalıyıq. Suriya məsələsinə gəldikdə isə burada vəziyyət getdikcə pisləşir. 13,5 milyon suriyalının humanitar yardıma ehtiyacı var. Onlardan 6 milyonu uşaqlardır”.

İŞİD-ə qarşı mübarizədə İtaliyanın gördüyü işləri yüksək qiymətləndirən ABŞ-ın dövlət katibi Liviyada təhlükəsizlik məsələsinə də toxunub. O, milli birlik hökumətinin yaranması ərəfəsində önəmli təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

P.Centiloni çıxış edərək Suriya probleminin həllində əsas hədəfin humanitar fəlakətin qarşısını almaq olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, İŞİD artıq İraqın 40 faiz, Suriyanın isə 20 faiz ərazisi üzərində nəzarəti itirib. Lakin Liviyada bu qruplaşmanın təhlükəsi hələ də qalmaqdadır. Məhz bu səbəbdən koalisiya hərbi, iqtisadi və diplomatik baxımdan daha sıx koordinə olunmalıdır.

Tədbirdə xarici işlər nazirlərinin bəyanatı qəbul edilib.

AZƏRTAC

Paylaş:
482

Sizin üçün xəbərlər

Son xəbərlər

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27
Bütün xəbərlər