Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş olub – FOTO

16:03 - 03 / 02 / 2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş olub – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş olub.

Bu haqda 1news.az nazirliyin rəsmi saytına istinadla xəbər verir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın ötən dövrdə əldə etdiyi sosial-iqtisadi inkişaf dinamikasının davam etdiyini diqqətə çatdırıb.

Bildirib ki, qlobal iqtisadi böhranın kəskinləşməsinə, regionda geosiyasi və iqtisadi gərginliyin artmasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkədə makroiqtisadi vəziyyətin mənfi xarici iqtisadi təsirlərdən qoruna bilməsinə şərait yaradıb. Dünyada iqtisadi tənəzzül mövcud olduğu halda milli iqtisadiyyatın nəinki dayanıqlığı, hətta ötən il 1,1 faizlik artımı təmin edilib. Xüsusən uğurlu iqtisadi diversifikasiya proseslərinin müsbət davamı kimi, qeyri-neft sənayesi 8,4 faiz artıb və hazırda onun ölkənin ümumdaxili məhsulunda payı 70 faizə çatıb. Həmçinin keçən il bu sektor üzrə büdcə daxilolmaları 9,5 faiz çoxalıb, qeyri-neft məhsulları ixracında isə 3,6 faiz artım özünü göstərib.

Nazir sosial sahə üzrə bütün proqramların icrasının uğurla davam etdirildiyini, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addımlar atıldığını qeyd edib. Diqqətə çatdırıb k, təkcə ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə yönəldilən vəsaitin həcmi 2014-cü illə müqayisədə 5 faiz çox olub ki, bu da dövlət siyasətinin sosialyönümlü olduğunu bir daha təsdiq edir. Son günlərdə isə dövlət başçısının imzaladığı müvafiq sənədlərlə sosial cəhətdən həssas qruplara yönələn sosial ödənişlərin, əmək haqlarının və s. növbəti dəfə artırılması təmin olunub.

S.Müslümov bildirib ki, dövlət başçısının müəyyən etdiyi yeni iqtisadi siyasətin də məqsədi artıq postneft dövrünü yaşadığımız indiki dövrdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və yeni iş yerlərinin açılması prosesinin daimi xarakter alması, habelə islahatlar prosesində əhalinin güclü və inkluziv əsaslara söykənən sosial təminat sistemi ilə əhatə olunmasıdır. Azərbaycan hökuməti ilə AİB arasında artıq uzun müddətdir ki, uğurla davam edən əməkdaşlıq da məhz qeyri-neft sahələrini əhatə edir və ölkədə sosial infrastrukturun inkişafına öz töhfələrini verir. Bununla bərabər, AİB-in məcburi köçkünlərlə bağlı icra etdiyi sosial layihələr, göstərilən praktik yardımlar da təqdirəlayiqdir. Təşkilatın təsdiq etdiyi 2014-2018-ci illər üzrə “Ölkə partnyorluq strategiyası” da əməkdaşlıq müstəvisində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinin, özəl sektorun inkişafının, habelə əhalinin aztəminatlı təbəqəsi ilə bağlı tədbirlərin, sosial müdafiə sistemində inkluziv yanaşmaların tətbiqinin dəstəklənməsi baxımından əhəmiyyət kəsb edir.

Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verən S.Müslümov AİB-lə bu sahələrdə əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib. AİB-in nümayəndə heyətinin rəhbəri Giovanni Capannelli Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində icra olunan layihələrdən, onların müsbət nəticələrindən bəhs edib. O, Azərbaycanda əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlara da dəstək verməyə hazır olduqlarını bildirib.

Görüşdə makroiqtisadi sabitliyin saxlanılması şəraitində inkluziv sosial inkişafın təmin olunması, bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

1news.az

Paylaş:
684

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər