Həsən Ruhani: Rusiya və Türkiyə arasında gərginliyin azaldılması üçün İran əlindən gələni etməlidir
Rusiya və Türkiyə arasında yaranmış gərginliyin azaldılması üçün İran əlindən gələni etməlidir.
1news.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani IRINN kanalının canlı efirində çıxış zamanı bildirib.
“Bizim həm Rusiya, həm də Türkiyə ilə çox gözəl münasibətlərimiz var. Bu iki ölkənin münasibətlərində böhranın yaranmasından biz çox təəssüflənirik. Hazırda gərginliyin azaldılması istiqamətində biz əlimizdən gələni etməliyik”, - deyə İran prezidenti vurğulayıb.
“Gərginliyin daha da dərinləşməsi nə Rusiyanın, nə də ki Türkiyənin maraqlarına cavab vermir”, deyə, Ruhani əlavə edib.
1news.az
767