Amerikalı konqresmenlər yenidən İran əleyhinə sanksiyalara səs verib
ABŞ-ın Nümayəndələr Palatası çərşənbə axşamı ABŞ prezidentinə İrana qarşı sanksiyaların ləğvini qadağan edən qanun layihəsini yenidən qəbul edib.
TASS xəbər verir ki, bu mətn ilk dəfə 13 yanvarda qəbul olunan qanunlayihəsindən fərqlənmir. Təkrar səsvermə 137 konqresmenin ötən dəfə iştirak etmədiyinə görə keçirilib.
Aşağı palatanın reqlamentinə uyğun olaraq qanun layihəsi və formal əlamətləri üzərin iş bitdikdən sonra üzvlərə 15 dəqiqə vaxt ərzində bu və ya digər təşəbbüsün qəbuluna qərar vermək imkanı yaradılır.
Lakin bu proses bəzən yarım saat davam edir edir. Bəzən konqresmenlər zamanında gəlmir. Yeni spiker Pol Rayan bu ənənəni qırmaq qərarına gəldi.
Nəticədə 435 konqresmendən 246 nəfərinin iştirakı ilə ABŞ prezidentinin bəzi maliyyə institutları, o cümlədən İran üzərindən sanksiyaları qaldırmaq hüququnu məhdudlaşdıran qanun layihəsi qəbul olundu.
Bu məhdudiyyət yalnız o halda qaldırıla bilər ki, dövlət başçısı Konqresə məlumat verərək bu və ya digər təşkilatın “İslam İnqilabı Keşikçiləri Korpusu”na həmçinin, xarici terror təşkilatlarına və şəxslərə yardım etmədiyi haqqında bildirsin.
Bundan başqa ABŞ prezidenti təsdiq etməlidir ki, Ağ Evin sanksiyalar siyahısından çıxarmaq istədiyi struktur qanunsuz maliyyə transaksiyaları ilə məşğul olmur.
1news.az