İngiltərəyə uçan BƏƏ-yə məxsus təyyarə Trabzonda məcburi eniş edib
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İngiltərəyə uçan “Boing-777” sərnişin təyyarəsi Türkiyənin Trabzon Hava Limanına məcburi eniş edib.
1news.az-ın Anadolu Agentliyinə istinadla verdiyi məlumatına görə, “Emirates” Hava Yollarına məxsus göyərtəsində 250 sərnişin olan təyyarənin elektrik sistemində problem yaranıb. Bildirilir ki, məcburi eniş insidentsiz həyata keçirilib. Təyyarədən endirilən sərnişinlərin rahatlığı təmin edilib.
1news.az
747