AFFA FİFA prezidenti postuna seçkilərdə dəstəkləyəcəyi namizədin adını açıqlayıb | 1news.az | Xəbərlər
Futbol

AFFA FİFA prezidenti postuna seçkilərdə dəstəkləyəcəyi namizədin adını açıqlayıb

20:53 - 04 / 02 / 2016
AFFA FİFA prezidenti postuna seçkilərdə dəstəkləyəcəyi namizədin adını açıqlayıb

AFFA fevralın 26-da FİFA prezidenti postuna keçiriləcək seçkilərdə dəstəkləyəcəyi namizədin adını açıqlayıb.

1news.az-ın məlumatına görə, bu UEFA-nın hazırkı  baş katibi Canni İnfantinodur.

Məlum olduğu kimi, FİFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən 5 namizədi təsdiq edib.

Namizədlərdən biri UEFA-nın hazırkı  baş katibi C.İnfantinodur. UEFA-da işlədiyi 15 il ərzində (6 il UEFA-nın baş katibi qismində) cənab İnfantino böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır.

2016-cı il yanvarın 19-da Canni İnfantino seçkiqabağı proqramını ictimaiyyətə təqdim edib. Proqram 3 hissədən ibarətdir:

1. İslahat və effektiv idarəetmə

2. Demokratiya və yardım

3. Futbolun inkişafı

Qeyd olunan proqramla İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb. UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti, həmçinin başqa konfederasiyaları təmsil edən bəzi federasiyalar İnfantinoya öz dəstəklərini bildiriblər.

Xatırladaq ki, FİFA prezidentliyinə

1news.az

 

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər