KİV: Hindistanda baş verən yol qəzası zamanı ölənlərin sayı 31 nəfərə çatıb
Hindistanın Qucarat ştatında avtobusun çaya düşməsi nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb, bu haqda cümə günü “Dainik Bhaskar” nəşriyyatı xəbər yayır.
Daha əvvəl bildirilmişdi ki, həlak olanların sayı 20-yə çatıb, yaralanlar isə 30 nəfərdir.
Hadisə Navsari rayonu ərazisində Supa kəndi yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, avtobus sürücüsü idarəetməni itirib, körpünün hasarını qırararaq çaya düşüb.
Polisin araşdırmalarına əsasən isə, avtobusdakı sərnişinlərin tam sayı bəlli deyil. Hadisə yerində əməliyyat-axtarış tədbirləri görülür, polis,eyni zamanda yanğınsöndürən və tibb heyəti də çalışır.
РИА Новости
836