Türkiyə əhalisinin 18,6%-i İstanbulun payına düşür
Türkiyənin İstanbul vilayətində əhalinin ümumi sayı 14 milyon 657 min 434 nəfərə çatıb.
1news.az-ın Türkiyə KİV-inə istinadla xəbər verir.
Bu göstərici ölkə əhalisinin 18,6 faizini təşkil edir. Ankara vilayəti isə əhalinin sayına görə İstanbuldan xeyli geridədir. Burada əhalinin sayı təxminən 6,7 milyon nəfərdir.
Rəsmi məlumatda bildirilir ki, ölkə əhalisi 2015-ci ildə 1 milyondan çox artaraq 78 milyon 741 min 53 nəfər olub. Həmçinin qeyd edilir ki, Suriyadan pənah gətirən 3 milyondan artıq qaçqın bu göstəriciyə daxil deyil.
1news.az
777