Almaniyadakı dağ yəhudiləri qondarma “erməni soyqırımı” ilə bağlı sərgiyə etiraz ediblər
Almaniyadakı Dağ Yəhudiləri İcması İctimai Birliyinin sədri Orxan Şafadiyayev bu ölkənin Loytershauzen şəhərində keçmiş Loytershauzen sinaqoqu dairəsi tərəfindən yanvarın 31-dən fevralın 26-dək “Birinci Dünya Müharibəsi və ermənilərə qarşı soyqırımı” sərgisinin keçirilməsi ilə bağlı bu təşkilata etiraz məktubu ünvanlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, etiraz məktubunda deyilir:
“Azərbaycan yəhudiləri olaraq bildiririk ki, sərginin 26 fevral tarixinə qədər davam etməsi yəhudi və Azərbaycan xalqlarına qarşı təhqirdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin ən dəhşətli faciələrindən birini törədiblər.
Faciə zamanı 85-i uşaq və 106-sı qadın olmaqla 613 günahsız mülki şəxs amansızlıqla qətlə yetirilib. Bu dəhşətli cinayətin qurbanları hər il 25-26 fevral tarixlərində dünyanın müxtəlif ölkələrində yad edilir. İndiyədək Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yəhudi xalqı da itkilər verib. Bu ədalətsizliyi dəstəkləmək rüsvayçılıqdır”.
1news.az