Suriyadan Türkiyə ərazisinə doğru böyük qaçqın axını başlayıb | 1news.az | Xəbərlər
Dünya

Suriyadan Türkiyə ərazisinə doğru böyük qaçqın axını başlayıb

10:28 - 06 / 02 / 2016
Suriyadan Türkiyə ərazisinə doğru böyük qaçqın axını başlayıb

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Öncüpınar gömrük-keçid məntəqəsinə doğru böyük qaçqın axını başlayıb.

Türkiyə KİV-lərinin məlumatına görə, hazırda ölkənin dövlət sərhədinə doğru hərəkət edən qaçqınların ümumi sayı yüz mindən də artıq ola bilər. Bildirilir ki, qaçqın axınının əsas səbəbi son günlər Suriya ərazisindəki silahlı qarşıdurmanın daha da kəskinləşməsi, eləcə də yaşayış məntəqələrinə aviazərbələrin endirilməsidir.

Bəzi məlumatlara görə, humanitar təşkilatlar tərəfindən Türkiyənin Kilis bölgəsində çadır şəhərcikləri qurulmaqdadır. Bəzi qaçqınlar isə soyuqdan qorunmaq üçün məscidlərə sığınır, parklarda və istirahət yerlərində özlərinə daldalanacaq tapırlar.

Paylaş:
776

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər