Tayvanda zəlzələ zamanı ölənlərin sayı 34 nəfərə çatdı
Ötən həftə Tayvan adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb. Təbii fəlakət zamanı 515 nəfər xəsarət alıb.
1news.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Tayvanın CNA Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.
Bunadək 29 nəfərin öldüyü bildirilirdi. Hazırda 120 nəfər dağıntılar altında qalmaqdadır. Xilasetmə işlərində 600-dən çox şəxs iştirak edir.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ (ilkin qiymətləndirməyə görə 6,7 bal) cümə günü Tayvan adasının cənub hissəsində baş verib. Yeraltı təkanlar Yuytszin şəhərindən 25 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km. dərinliyində yerləşib.
1news.az
1019