Saxta sənədlərlə ölkəmizə keçmək istəyən Pakistan və Nigeriya vətəndaşları saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Saxta sənədlərlə ölkəmizə keçmək istəyən Pakistan və Nigeriya vətəndaşları saxlanılıblar

10:50 - 08 / 02 / 2016
Saxta sənədlərlə ölkəmizə keçmək istəyən Pakistan və Nigeriya vətəndaşları saxlanılıblar

Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxtalaşdırılmış sənəd­lərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

 

1news.az-ın məlumatına görə, yanvarın 29-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” avia­rey­si ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə Respublikası vizası və üzər­lərində yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunaraq saxlanılıblar.

 

Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Res­pub­likasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb.

 

Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rıl­ıblar.

 

1news.az

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər